Poem · Azərbaycan
İndi də hərdənbir kağızlar gəlir,
İndi də hərdənbir kağızlar gəlir,Qabaq yaşadığım köhnə mənzilə.Amma heç birinə cavab yazmıram,Amma,heç birinə, mən bilə-bilə..
Yadımda,qəlbimdə o qızla bağlı,Nə varsa hamsını atıb getmişəm.Oralar mənə çox əziz olsa da,Bir neçə ildi ki,satıb getmişəm.
Qohumdu oranı satdığım adam,O, yığıb gətirir bu məktubları.Sürüyür yağışın,qarın içindən,Yaxamdan yapışıb günəşə sarı..
Bəzən götürmürəm,görürəm küsür,Deyirəm cır tulla,daha gətirmə.Deyir ki,sən Allah,bunu da oxu,Bunu da,bunu da,mənim xətrimə.
Deyirəm a kişi,özünü yorma,Nə var,nə məcburdu yol basa-basa?..Deyir ki,baxmaram şairsən-nəsən...Hirsindən əlində titrəyir əsa..
Sonra da yumşalır köks ötürərək,Şair bu qədər də qəlbi daş olmaz.Yazıq gör nə vaxtdı cavab gözləyir,Götür iki kəlmə barı, cavab yaz..
Qorxma,bir o bilər,bir sən,bir də mən,Sirrini demərəm arvad-uşağa..Deyə bilmirəm ki,o qıza görə,Şəhərdən bu qədər köçdüm uzağa.
Yola gətirməyə çalışır məni..Ağrılar canımda itib-azırlar.Mən bu kağızlarnan nəfəs alıram.Guya məktubları buna yazırlar.
Bu kişi qocalıb uşağa dönüb,Az qalır gözünün yaşını töksün..Deyirəm nə əcəb şəhər merinin,Ağlına gəlmir ki,o evi söksün..
Published online
Source: https://ayazarabaci.com/writing/indi-de-herdenbir-kagizlar-gelir-194/