Poem · Azərbaycan
İmkan tapıb ağac əkin, gül əkin,
İmkan tapıb ağac əkin, gül əkin, Hər tərəfin bağ olmağı yaxşıdı. Yoxsa bir-bir "paçevnik" i paslanar, İşimizin yağ olmağı yaxşıdı.
Bilirsənmi kimlər gəzib o atda, İnsaf yoxdu, ayda, gündə, saatda, Bacardıqca yeyin -için həyatda, Kefimizin çağ olmağı yaxşıdı.
Kitabında yazılıb ki, İlahın, Ağır olur qaiməsi bil, ahın, Əl altında saxladığın silahın, Dar gün üçün zağ olmağı yaxşıdı..
Təki haqdan bağlanmasın qapılar, Bu şerə də ağız büzən tapılar, Köhlən atı bəyənməz ki, yabılar, Bu mənada lağ olmağı, yaxşıdı..
Sınanıbdı təcrübədə min sənə, Bilirmisən nə deyibdi İbn-Sina, Ən gözəl tac sağlamlıqdı insana, Canımızın sağ olmağı yaxşıdı.
Uzatmayaq ipi-ipə düyüyüb, Niyə belə belə zəhər qusaq öyüyüb, Hətta oğul-uşağın da böyüyüb, Üzümüzə ağ olmağı yaxşıdı.
Published online
Source: https://ayazarabaci.com/writing/imkan-tapib-agac-ekin-gul-ekin/