All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İlahi,sərxoşam,qan əvəzinə,

Ayaz Arabaçı

İlahi,sərxoşam,qan əvəzinə, Canımda beş litir meyin işləyir. Gedib qulağına çatırmı səsi, İçimdə kamanın,neyin işləyir.

Boş qınlar qızıldan tiyələniblər.. Dilimdə suallar niyələniblər, Hökmünə cəlladlar yiyələniblər, Sənin yer üzündə nəyin işləyir..

Yoxsan axtardığım bu xəritədə, Gəzib tapmadıqca döndüm itə də! Altı materikdə,altı qitədə, Şeytanın təkəri yeyin işləyir..

Can verir bu torpaq zəlinin altda, Hər səyin,hər gicin,dəlinin altda, Bir bax,bir əbləhin əlinin altda, Min dənə ağıllı beyin işləyir.

Hansı gün üçündü qisasın,öcün, Nəyə hesablanıb bir elə gücün.. Axmaq fikirləri cücərtmək üçün, Çoxu diplom alıb peyin işləyir..

Published online