Poem · Azərbaycan
həyət qapısından çıxıram,
həyət qapısından çıxıram, külək astadan deyinir arxamca.. buludların qaşının altda günəş o qədər solğun ki. lap uzaqlarda nəfəsin.. könlümdə güldən ağır söz yox. mən- müəllimin dərs soruşmayacağı uşaq kimi xoşbəxt. hara yoxa çıxmısan, kəpənəklərini də götür gəl. sənə bir dəstə çiçək alacağam, pul kisəmin ən dərin guşəsində bəslədiyim puldan..
Published online
Source: https://ayazarabaci.com/writing/heyet-qapisindan-cixiram/