Poem · Azərbaycan
həyat daha çox zövq alır,
həyat daha çox zövq alır, qanatdıqca, qaysaq tutmağa can atan yaranı. biz nə yaşadıq ki,özümüzə gəlməmiş bir divar kəsdi aranı. bir divar ki... beləsini inşa etməyiblər heç divarlar məmləkəti Çində. sən divarın o üzündən görürsənmi, siqaret kötükləriylə birgə necə can verirəm alayarımçıq xatirələrin içində. cavab tapa bilmədiyim sualları kimlərə ünvanlayım bəlkə sən biləsən kimlərə?.. Gəl oyat könlümü,uduz barmaqlarını sinəmdəki simlərə. fikirlər başımda qarışqa kimi qaynaşır, duyursanmı ürəyimdən keçəni... hər axşam yatmamışdan qabaq ay işığında saçların kimi sığallayıram gecəni. nə xatirələrindən usanmaq olur, nə xəyalından usanmaq. qəbirdə yatmaq kimidir ağır-ağır sürünüb içində sən olmayan soyuq yatağa uzanmaq. hər axşam bu şəhərdə təkcə sənə tanış olan buludlar ağlayır. mən sənsiz çoxdan ölərdim bir az göz yaşların,bir az da xatirələrin məni diri saxlayır...
Published online
Source: https://ayazarabaci.com/writing/heyat-daha-cox-zovq-alir/