All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hərəmiz bir qanad taxaq,

Ayaz Arabaçı

Hərəmiz bir qanad taxaq, Göyləndirək könlümüzü. Buludlardan yuxarıda, Öyləndirək könlümüzü.

Günah tutaq, savab bilək, Hər suala cavab bilək, Dənizləri şərab bilək, Meyləndirək könlümüzü.

Nə tapmısan sən bu yasda, Gəl ağ donda-ağ libasda, Həzin-həzin, asta-asta, Neyləndirək könlümüzü.

Durnaları düzək səfə, Vuraq bir yol düz, hədəfə, Çox demirəm bircə dəfə Əyləndirək könlümüzü..

Qırx qapıdan keçə-keçə, Nə yaşanıb, sayaq heçə, Bizimkidi bu bəy gecə, Bəyləndirək könlümüzü..

Published online