All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər zaman başımda çatladı hirsin,

Ayaz Arabaçı

Hər zaman başımda çatladı hirsin, Cəhənnəm odunun sacısan, həyat. Sənin şirinliyin gözünə girsin, Sən ki, zəhərdən də acısan, həyat.

Döndərdin dönəlgəm dönənə qədər, Susdum ağrılarım dinənə qədər, Ehh, uşaq ağlımnan dünənə qədər, Deyirdim anasan, bacısan həyat.

Yox, nə dost kimisən, nə də yar kimi, İçin açıldıqca, çürük nar kimi.. Bir para yelbeyin adamlar kimi, Səndəmi şan-şöhrət acısan, həyat.

Niyə zövq alırsan alçalmağından, Yaramın qanayıb açılmağından, Bezdim hər deyəndə bac almağından, Sən özün, nələrin bacısan, həyat..

Min ağzı yırtıq var, min ağlı süst var, Alçaq adamların altında üst var, Harda bir oğraş var, bir nadürüst var, Sən onun başının tacısan həyat.

Published online