All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər addımda gözümüzə tuşlanan,

Ayaz Arabaçı

Hər addımda gözümüzə tuşlanan, Millər bizim sonumuzu gətirdi. Qəlbi xain, nəfsi iti, ağlı kəm, Şillər bizim sonumuzu gətirdi.

Qum göyərdi gözümüzün nəmində, Tapılmadı xoşbəxtliyə zəmin də.. Otursaq da arzuların bəmində, Zillər bizim sonumuzu gətirdi.

Yoxa çıxdı adamlıqda dadımız, Bilinmədi qohumumuz, yadımız, Hər ağızda saqqız oldu adımız, Dillər bizim sonumuzu gətirdi.

Biz də belə, sözgəlişi ceyilik.. Axşam-səhər küçələrdə veyilik, Nə olsun ki Hindistanda deyilik, Fillər bizim sonumuzu gətirdi..

Kimdi burda qeyl aparan, qal edən, Çox şeylər var dilimizi lal edən, Uma-uma, küsə-küsə taledən, İllər bizim sonumuzu gətirdi.

Published online