Poem · Azərbaycan
Hələm-hələm batmaram dənizində bu eşqin,
Hələm-hələm batmaram dənizində bu eşqin, Əlimdədi kələfin ucu da,göndərmisən.. Ruhumu sarsıtmağa həsrətin gücü yetməz, Sən bu ağrı-acını vücuda göndərmisən..
Baxma özgə sözünə,uyma şeytan şərinə.. Havalar da kövrəlib gedir üzü sərinə, Xətrin xoş olsun deyə yeridrəm dərinə, Hansı ki,ürəyimə bir cida göndərmisən.
Axşamüstü qapımı belə döyən kim olar.. Bəlkə qonşu üstümə çağırıb,həkim olar.. Demirsənmi bu xəstə "salamməleykim" olar, Nə bir damcı su qoyub,nə qida göndərmisən..
Mən fikrimdən dönmərəm valla,dünya dağıla.. Özüm də inanmışam uydurduğum nağıla.. Halal olsun ey,halal, səndə olan ağıla, Mən sual yollamışam,sən nida göndərmisən..
Özgə kimdə taparam mən bu sevginin dadın.. Əriyib yox olarmı hər adi şeydən adın.. Yaxşı ki,fürsət düşüb,parlayıb istedadın.. Bir sözə bir kitablıq əlvida göndərmsən..
Published online
Source: https://ayazarabaci.com/writing/helem-helem-batmaram-denizinde-bu-esqin/