All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Həkimə getmişdim iki ay qabaq,

Ayaz Arabaçı

Yarımçıq şeirlərdəndi...

Həkimə getmişdim iki ay qabaq,Ürəyim son vaxtlar sözümə baxmır.Gəlir öz evitək istədiyi vaxt,Ağrılar sinəmi tutur,buraxmır.Salır arzuları hey pərən-pərən,Canımda sızlayan yaralı notlar.Bir şeyə yaramır anam göndərən,Şəfalı çiçəklər-şəfalı otlar.Bəlkə də bəxt yatıb,dönəlgə dönüb,Dərdə çevirirəm olub-keçəni.Yataqda yaralı pələngə dönüb,Zarıyıb qalıram bütün gecəni.Ömürdü bir ruhun əyninə geyib,Yıxıb-sürümüşəm dağda-dərədə.Harda qırılacaq-qırılsın deyib,Küsmüşəm çoxdandı,həkimlərə də.Dua var üstümdə bir neçə qönçə,Hətta cəhd eləyib şəfama yoqlar.Əlacı dərmandan-dəvadan öncə,Pəhrizə bağlayır kardioloqlar.Pəhrizə,özü də necə pəhrizə,Biganə qalasan hətta yanında-Nahaq qan tökülə,çıxa qan dizə..Həkimə getmişdim iki ay qabaq,Bir yaxın dostumun məsləhətiylə.(Udacaq onsuz da axırda torpaq,Canı bəsləsən də bülbül ətiylə,)Baxdı ki,ölürəm-təngnəfəsəm,Gördü ki,dinməyə qalmayıb heyim.Dedi bu nə gündü,dəlisən-nəsən,Gəl,sənə çox gözəl bir həkim deyim.Ərinmə yaz götür ünvanını da.Prospekt NDK yüz on beş/on bir.İstəsə qıyarsan lap canını da,Yubanma,bu həftə qəbuluna gir.Bir vaxtlar mən də çox narahat idim.Onun həbləriylə sağaldı canım.Həm gözəl həkimdi-həm gözəl xanım..Mindim ey at kimi ayaqlarımı,Xülasə yarım gün şəhərdə çapdım.Onun işlədiyi klinikanı,Axır ki,ölümlə-zülümlə tapdım.Olsa da etketi zəhərli ilan,Həkim ilk baxışdan xoşüzlə dindi.Olmadı elə bir rəsmiyyət-filan,Nə siz-lə danışdı,nə biz-lə dindi.Baxdı qəlbimdəki dərin çatlara,Acıdı ürəkdən bu halı süstə.Etibar etmədi aparatlara,Qoydu öz əlini sinəmin üstə.Sonra da eyhamla üzümə baxdı:-Deyəsən hərdənbir içməyin də var.Qorxma kim ölər ki,ilin bu vaxtı,-Belə götürəndə hər şeyin də var-Belə götürəndə heç nəyin də var..Birdən dodağında titrədi adım,Atdı bir kənara konedoskopu.Elə çaşdırdı ki,saxlayammadım,Qəfildən qapıma vurduğu topu.Döndü qışa döndü gözlərimdə yaz.Sındı içimdəki vüqarın şaxı.Dedi yaddaşını silkələ bir az,Biz axı,deyəsən tanışıq,axı..İlləri 15-il götür dala çək,Semaşko-Qarayev-Tibb İnstitu,Durub qabağında mən çıxanadək,Siqaret çəkərdin beş-altı qutu.(Çox ağır qurtardı 1-ci pərdə)-İkinci kursdaydım könlümü çaldın.Heçmi qalmamışam xatirələrdə-Nə oldu,nə yaman xəyala daldın..Üzür diləmək də geciydi heyhat,Bilmirəm,bəlkə də qəlbini qırdım.Rəsmini bir xeyli pozmuşdu həyat,Bircə gözlərini xatırlayırdım.Eləydi,doğrudur,dəqiq eləydi.-yadına düşdümü bəs niyə susdun.Bir də o qız vardı o,adı nəydi,Nəyindi demişdin görəndə-dostun???Gözlərim qəfildən toran gətirdi,Dedi yanındayam yavaş-yavaş gəl.Sonra da astaca qoluma girdiHeç belə girməzdi on beş il əvvəl..Yoxuydu qəlbimdə ağrıdan əsər,Gedirdim qolumda,canımda ovsun.Yazdığı həbləri bir ay sərasər,İçdim-içməyinə,amma nə olsun.Başımda yenə də o dəli sevda,İçimdə həyata qəzəbdi-kindi.Nə vaxtdı düz getmir işlərim evdə,Ürəyim daha çox ağrıyır indi...

Published online