All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Heç kim mənim kimi tərpədə bilməz,

Ayaz Arabaçı

Heç kim mənim kimi tərpədə bilməz, Ürəyi kamandan-kaman Elmanı. Elə olduğu tək tanıyıb-sevdim, Bir vaxt ürəyimə daman Elmanı.

Könlüm çoxlarından incidi, küsdü, Gözümdə qığılcım, başımda tüstü, Keçən yay kənddəydim, bir axşamüstü, Yaman arzuladım, yaman, Elmanı.

Həm yolu bilirəm, həm izi bilirəm, Hardadı sözlərin təmizi, bilirəm, Dostluğun sədaqət rəmzi bilirəm, Dostlardan etibar uman Elmanı.

İşində kişidi, sözündə ağa, Nə sola əyilməz, nə də ki, sağa, Şəhər dəyişdirə bilməyib qağa, Dağların başında duman Elmanı.

Gül kimi sözlər var, gül dəhanında, Bu gün ad günüdür, bu dühanın da, Həyatın ən ağır imtahanında, Min dəfə sınadı zaman Elmanı.

Published online