All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Heç çoxdandı soruşmuram eloğlu,

Ayaz Arabaçı

Heç çoxdandı soruşmuram eloğlu,Arzu qapıb, kam tutanlar necədi..Başımıza torba salıb hərləyən,Hər fürsətdə "xam" tutanlar necədi.

Yorulmadıq özümüzlə davadan,Çox çəkirik hər cür ağzı yavadan,Bir de görüm, bir de görüm, havadan,İy tutanlar, tam tutanlar necədi..

Sona kimi saxlayacam bu ritmi,İtətöklər, beş yox olub, bir itmir,Başqa bir söz əsəbimi kiritmir,Ağzı ilə am tutanlar necədi..

Necədilər yastı portal kişilər,İşdə qarğa, sözdə qartal kişilər,Yaxşıdımı neandertal kişilər,O, Oranlar-o, Qutanlar necədi,

Boş cavabı əlli bala yüksələn,Burnu göyə, ağzı yala yüksələn,Bir təpiyə generala yüksələn,Yastıqulaq "komutan" lar necədi..

Şirinlərdən-acılardan nə xəbər,Dolma bükən "bacı"lardan nə xəbər,Şortulardan, "hacılar"dan nə xəbər,Mey süzənlər- cam tutanlar necədi.

Bildirçinlər qayıtdımı biçindən,Razısanmı" şeyx Əhməd"in bicindən,Qatqarışıq əhvalatlar içindən,Evtutanlar, damtutanlar necədi..

Sonu gəldi bu yaşanan günün də..On çarıq var bir eşşəyin gönündə,Bəy evinin darvazası önündə,İtdən qabaq "ham" tutanlar necədi..

Çəkilibmi qəzəbinin fişləri,Ov görürmü tulaların dişləri,Babatdımı peysərlərin işləri,Dəmtutanlar, şamtutanlar necədi..

Published online