Poem · Azərbaycan
Günəş tamam doğmamış
Günəş tamam doğmamış Səhər qaranlıqlaşır.. Səhərin ağuşunda, Şəhər qaranlıqlaşır.. Ağappaq buludların, Bəbəyinə qan çökür. Arzuların üstünə, Qara bir duman çökür. Hanı o qaynar həyat, Hanı o gur izdiham. Hanı o türfə güllər, Hanı o təb,o ilham. Bu şəhərə neylədi, Sualmı versəm merə.. Çıxıb haraya gedək, Bilet yoxdu heç yerə, Susub qalıb qatarlar, Vağzallar buz bağlayıb. Heç kim ağlaya bilmir, Gözləri duz bağlayıb. Uzun bir var-gəldəyəm, Sükut bağrımı dəlir. Çəyirtkə sürüsütək, Qara xəbərlər gəlir.. Zəlzələmi baş verib, Vəlvələmi baş verib.. Hər misramda ağlaram, Mən bu yorğun ölkəni. Hansı səmtə açılsın, Ümidimin yelkəni.. Baxıram uzaqlara.. Qara yalquzaqlara.. Və mincür tuzaqlara... Adamlar susub qalıb, Ağaclar susub qalıb.. Uşaqlar küsüb qalıb.. Küləklər belə,əsmir, Əsnəyir tənbəl- tənbəl. Dünyanı tilsimləyib, Sanki bir sehirli əl.
Published online
Source: https://ayazarabaci.com/writing/gunes-tamam-dogmamis/