All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gündən-günə azalır,

Ayaz Arabaçı

Gündən-günə azalır, içimdəki dözüm- tab, Nə sən kömək olursan,nə "göndərdiyin kitab" . Kimin ki,bu dünyada adamlığı saxtadır, Heç nə vecinə deyil,kefdədir-damaqdadır. Kimin ki,gecə-gündüz adın düşmür dilindən, Günü eşşək günüdü,ili də it ilindən. Necə istəsən oynat, həyat oyuncaqdısa, Sən yoxsan yer üzündə,əgər adın Haqdısa.. Kimə gərəkdi əhdim, nəyə gərəkdi andım, Mən bütün nağıllara sənə xatir inandım. Hökm oxuyur ömrümün gecəsi gündüzünə. Sən necə çıxacaqsan ürəyimin üzünə.. Burda bir igid ölür, necəydi o bayatı?.. Kimə istəsən al ver,mən öldüyüm həyatı. Nəyi var süründürdün, məni bu yaşa qədər. Kiçiltdin həyatdakı ən son əyyaşa qədər. Qapadım ağlayanda üzümü yastıqlara.. Fırçanda bircə rəng var o da qaradan-qara! Hanı bəs könlümdəki adına çırpınışlar.. Sənin bütün dərdlərin köçüb içimdə qışlar.. Səndən şikayətim var, Hansı ünvana yazım. Çatarmı meyxanədən sənə dərdli avazım.. Yoruldum eyy,yoruldum, qarışqa filləməkdən. Gözüm qabar-qabardı göylərə zilləməkdən. Yerin-yurdun haradı, sən harda çox olursan.. Nə qədər çox gəzirəm,o qədər yox olursan...

Published online