All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Güllə yağışından

Ayaz Arabaçı

Həsən Kürün xatirəsinə.. (özü şad olmadı heç, ruhu şad olsun barı..)

Güllə yağışından sağ çıxan oğlangüllə yağışından sağ çıxan şairüzü ölümün də imtahanındanalnıaçıq çıxan-ağ çıxan şairölüm xəbərin o qədər ağır oldu kibir mərmi kimi düşdü ürəyimizəsaatın boğazında qaldıtikanlı dəqiqələrəlləri çörək qoxulu bir ananın fəryadıçatlatdı bütün məzar daşlarınıtəngidi küləkli şəhərin nəfəsiölüm xəbərin o qədər ağır ağır oldu kiadamın yaşamağa qalmadı həvəsiəllərinə xına qoysunlar dərimizisoyub geyənlərəllərinə xına qoysunlarqalib ordunun oğullarınıbir-bir yeyənlərbu şeirtək sənin ölümünə deyilHəsən Kürqayğısızlıq selində boğulanişsizlik divarlarının dibində yatanbaşı dumanlı şəhərdə çürüyən hamıyadıbu şeiri yazdım ki,yazdım ki,özün demiş-oxuyub ağlasınlarsənə beş gün gün verməyənlər40 gün yas saxlasınlargüllə yağışından sağ çıxan oğlangüllə yağışından sağ çıxan şairüzü ölümün də imtahanındanalnlaçıq çıxan-ağ çıxan şairtəkcə vətən deyildi qoruduğuniçindəki uşaq məsumluğuydugələcəyə aid xəyallarıydısən düşmənə uduzmadın44-günün 44-ünə də basılıdı imzanbütün alqışlardan, ordenlərdənbütün şənliklərdən uzaqda

Published online