Poem · Azərbaycan
Gözündən axan yaşı
Gözündən axan yaşı Məcbursan gizlətməyə, Ömrü yaşanmamışdan Məcbursan gözlətməyə.. Bura elə yerdi ki..
Nə olsun ki, oğulsan, Nə olsun ki, atasan. Gərək cəsarətini, Qıfıllayıb atasan. Bura elə yerdi ki..
Oyatmaq istəmirəm, Heç kimi yuxusundan. Oyansa məhrum olar, Xoşbəxtlik duyğusundan. Bura elə yerdi ki.
Çeviriblər hamını Fatıya, oturdublar.. İynəyə oturdublar, "Patı"ya oturdublar. Bura elə yerdi ki.
Dərdlər Büsutundular, Fərhad çapır, çapılmır.. Ən adi sualların Cavabları tapılmır.. Bura elə yerdi ki.
Təkcə nəfəs almaqdı Hələ ki,ən havayı, Qarşıda heç nə yoxdu Sonsuzluqdan savayı. Bura elə yerdi ki.
Published online
Source: https://ayazarabaci.com/writing/gozunden-axan-yasi/