Poem · Azərbaycan
Gözlərini gördüm
Gözlərini gördümdəniz libasında.Yosun kimi saçlarında bir ceyranotlayırdı.Bir gəmi hıçqırırdı sinəsindən itələyəndalğaların qəzəbində.Mənölümlə əylənirdim küləyə sovrulanyelkənsayağı.Üzürdü sularda bir timsah başıylabir balıq ayağı..Ürəyin nə istəyir söylə dedim,Ümidmi,şeirmi,sevgimi..Dedin qollarının arasını istəyirəmdünya kimi, şəhər kimi ev kimi.Ağzım qanla doldu...gördüm əllərimdən saçlarınabir işıq ilindən çox yoldu.Tonqal qalamışdı səmada Tanrı.Üfüq boyu ağlayırdı durnalar..Getmək zorundaydım..Taksi çağırdım 10 dəqiqə vaxtımqalmışdı cəmi..Qeyrət göstərirdi batmasın deyəsəhranın ortasında çırpınan gəmi..Yorğun xatirələriminBurnundan bir ləyən qan açılmışdı.Günəş döş nişanı kimi səmaya sancılmışdı..Gözlərini gördüm dəniz libasında,Kölgən qızınırdıqış axşamının küçə lampasında..Arxası üstə qoyulmuş tısbağa kimi içim gərilmişdi..Günəş sərxoş olub quma sərilmişdi.Ürəyimi söykədim bir damla səsə.Üzümü ovuşdurdum bir ovuc qarla..Sənəbir şeir yazdım minalanmış misralarla..
Published online
Source: https://ayazarabaci.com/writing/gozlerini-gordum-96/