All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gözlərin ağzına su alıb durub,

Ayaz Arabaçı

Gözlərin ağzına su alıb durub, Nə bəmdən danışır,nə zildən gözəl. Bu günün işini sabaha qoyma, Ay-aydan pis gəlir,il-ildən gözəl.

Könlümə dağ boyda bir iş vermişəm, Bezmişəm,həsrətə giriş vermişəm, Gedib başqasına görüş vermişəm, Bir az da sən oxlan,inildən,gözəl..

Öymə-ərköyünüm,iyidim mənim, Ağzım zəhər dadır,nə yedim,mənim. Bir gün görəcəksən meyidim mənim, Ya Kürdən çıxacaq,ya Nildən gözəl..

Bilmirəm buxovsan,qanadsan mənə, Bilmirəm doğmasan,ya yadsan mənə, Ölümdən sonrakı həyatsan mənə.. Ay məni öldürüb-dirildən gözəl..

Published online