Poem · Azərbaycan
Göyü də duman basıb,
Göyü də duman basıb, Ayı-ulduzu yoxdu. Qaçıb hər şeyin dadı, Heç nəyin duzu yoxdu.
Yoxdu doğan-bələyən, On gözündən ələyən.. Ürəyimdi mələyən, Ayrı bir quzu yoxdu.
Töksən bir ovuc qanam, Bir təndə iki canam, Ağlama,a-atam-anam, Yazıya pozu yoxdu..
Kim yetəcək köməyə, Əcəl gəlir yeməyə, Durub nəsə deməyə, Heç kimin üzü yoxdu.
Odu sönüb ahın da, Boğul öz günahında, Bu yerdə Allahın da, Adı var,özü yoxdu..
Published online
Source: https://ayazarabaci.com/writing/goyu-de-duman-basib/