All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Görür ki, şir dinmir, pələng danışmır,

Ayaz Arabaçı

Görür ki, şir dinmir, pələng danışmır,Tülkü də, dovşan da dələ də susur..Məəttəl qalası nə var ki burda,Öyrəşib hamısı ələ də, susur..

Kəsib quyruğunu, alıb qazını,Bəsləyir saraylar neçə tazını,İçində saxlayır etirazını,Baxıb qoç da susur, kələ də susur..

Yaqut parlasa da şahın tacında,Qarnı çörək görmür bircə acın da,Əyilməz boyunlar dar ağacında,Gürz tutan bləklər tələdə susur.

Xar oldum yanında miin dostun-eşin..Basın ürəyimin gözünü deşin..Əlinin altında Qara Keşişin,Kərəm də büzüşüb, Lələ də susur.

Nə qədər oynadar atını boz gün..Qəlbimiz yaralı, ruhumuz əzgin,Gör neçə illərdi bir ovuc azğın,Bu xalqı mələdə-mələdə susur.

Bir ayrı azardı canımı yeyən,Varmı son vuruşa kəfəni geyən..Özünə hər yerdə Koroğlu deyən,O boyda bığları şələ də susur..

Aldandıq hamıya hey uşaq-uşaq,Harda təslim olaq, harda vuruşaq,Kimin yaxasından tutub soruşaq,Bu millət nə üçün hələ də susur.

Published online