Poem · Azərbaycan
Gör nə qədər cırıq-sökük gözləyir,
Gör nə qədər cırıq-sökük gözləyir,Gör nə qədər iynə-sapdan qalmışam.Gör nə qədər buraxmışam fürsəti,Gör nə qədər haqq-hesabdan qalmışam..
Nə olsun ki,xeyir oğlu,xeyirəm,Bəd ayaqda qabağımdan yeyirəm,Artıq-urtuq elə baxır deyirəm,Allah bilir hansı qabdan qalmışam..
Könlüm çoxdan köhlənlərə süvardı,Amma hər yan keçilməyən divardı,Unutmağa bir kəs olsa nə vardı..Neynim axı,belə lapdan,qalmışam.
Ala dağa, Sarıgölə çıxmıram,Öz canımdan ölə-ölə çıxmıram,Xeyli vaxtdı,evdən çölə çıxmıram,Dost-tanışdan,sözdən-gapdan qalmışam.
Xoflanıram,dörd tərəfdən dörd gözəm,Həm sobayam,həm maşayam,həm közəm..Dərd əlində çulu cırıq bir sözəm,Cildi köhnə bir kitabdan qalmışam..
Published online
Source: https://ayazarabaci.com/writing/gor-ne-qeder-ciriq-sokuk-gozleyir/