Poem · Azərbaycan
Gəlmişdin ilk görüşə bir ağ qu misalında,
Gəlmişdin ilk görüşə bir ağ qu misalında, Vardır əlbət çəkməyə yeri, bu misalın da, Axıb getdi ürəyim onda su misalında, Amma heyif, vüsalın dəmi bir dəfə oldu.
İndi inad et de ki, qəfəsində deyildim, Ürəyində, qanında, nəfəsində deyildim, Mən heç sahilə çıxmaq həvəsində deyildim, Sən üzdüyün sulara gəmi bir dəfə oldu..
İlk doğmuş ay kimiydi üzündəki halələr, Zümrüd kimi yanırdı dodağında jalələr, O qədər çox idi ki, gözlərində lalələr, Ömrümdə o laləli zəmi bir dəfə oldu..
Sənə məktublar yazdım, qəlbimdə yığın-yığın, Hər dərddən, hər ağrıdan qaçıb köksümə sığın, Kaş ki, o gün gələydi, deyəydim ayrılığın, Qəmi bir dəfə oldu, qəmi, bir dəfə oldu.
Qəlbimə bir baxışla möhür vurdu kimliyin, Yaralı bir könülə buydumu həkimliyin?.. Dörd min ilə dayandı ömrümə hakimliyin, Çox da ki, görüşümüz cəmi bir dəfə oldu.
Published online
Source: https://ayazarabaci.com/writing/gelmisdin-ilk-goruse-bir-ag-qu-misalinda/