Poem · Azərbaycan
Gəldik...
Gəldik...
Nə bir töhmət götürəndi, nə baş küllədən,Ulduzlara kəmənd atır uca qüllədən,Nakam eşqə imza qoyan paslı güllədən-Oxdan, konfet düzəldəndi, mənim millətim..
Allah deyib sevdirirlər bütü,hərləmir,Əziyinə-qırışına ütü hərləmir,Küçədəki acı-gici, lütü hərləmir,Toxdan konfet düzəldəndi mənim millətim..
Fil nədi ki,öküzünün-kəlinin altda,Uzanıbdı öz xoşuna zəlinin altda,Top-tüfəngi olmasa da, əlinin altda,"Xox"dan konfet düzəldəndi mənim millətim..
Ömrü boyu onun-bunun gedib badına,Amma yenə sahib çıxıb uca adına,Qurban olum çiçəklənən istedadına,Yoxdan konfet düzəldəndi mənim millətim..
Tək ağrıyan, başı deyil, dişi deyil ki..Hər başına papaq qoyan kişi deyil ki..Bu bir günün-iki günün işi deyil ki,Çoxdan konfet düzəldəndi mənim millətim..
Bircə yol var ya "yox"u tut, ya "hə"ni götür,Göz yaşından yaşıllaşmış vahəni götür,Gözünü yum istənilən sahəni götür,P..dan konfet düzəldəndi mənim millətim..
Published online
Source: https://ayazarabaci.com/writing/geldik/