All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gedirəm,

Ayaz Arabaçı

Gedirəm, Ayağım altında günəşdən sinəsi dağ-dağ olmuş asfalt yol, bir də qanına qəltan olmuş tutlar. yan-yörəmdə gəzəri tabutlar.. havada ürəkbulandıran üfunətli qoxu. beynimdə dünyanın yerindən çıxmış oxu. ləngər vurur yer, sola-sağa. barı bir külək əsə, bir yağış yağa. içi mən qarışıq , hamıda sönüb işıq. hansı ünvana atım, bu ağrını, bu ahı. İstefaya çıxmış çoxdan, xaraba məbəddəki məhəbbət allahı. içimdə o qız- mömünəxatun məqbərəsi. qandan-qan..candan-can.. "kəklik fərəsi". getsin, eləcə dalınca baxım. getsin, salxım-salxım.

Published online