Poem · Azərbaycan
--gecənin qaranlığında
--gecənin qaranlığında buludların kölgəsindən üzümə baxırdı ay.. buz bağlamış pəncərədən qanadlarını yığmışdı ağcaqanadlar. könülaçan bir şey yazmaq istəyirdim sənə. bir ovuc qələm vardı masada.. yorğun və halsızdım, pəncərəni açdım, qətran qoxusu verən havadan uddum. nə yazacağımı unutdum. Yüz ölçdüm, bir biçdim, bir şüşə şərab götürdüm iki qədəh içdim. ikisini də ayrılığın şərəfinə.. ürəyimin cəhənnəm tərəfindən keçdin cənnət tərəfinə. Keyfim duruldu, axmaq fikirlərin yaxasından qopdum, yağışlara, küləklərə,çiçəklərə hopdum..
Published online
Source: https://ayazarabaci.com/writing/gecenin-qaranliginda/