All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Fikrində tutduğun işləri boş ver,

Ayaz Arabaçı

Fikrində tutduğun işləri boş ver, Bir iş görməmişdən o işə pəl var, Bizdə hər sahədə bir qara əl var.

Bir o qucaq açan zalıma bir bax, Məzluma təpik var, harına gəl var. Bizdə hər sahədə bir qara əl var..

Məmləkət hələ ki, belə qurulub, Əyri mühəndis var, əyri təməl var, Bizdə hər sahədə bir qara əl var.

Şeytanın ağlına belə, gəlməyən, Yüz min fırıldaq var, yüz min əməl var, Bizdə hər sahədə bir qara əl var.

Hərə bir saxsının dərdini çəkir, Kimin nə vecinə gövhər var ləl var, Bizdə hər sahədə bir qara əl var.

Şair, bu gedişlə nə bir axır var, Şair, bu gedişlə nə bir əzəl var, Bizdə hər sahədə bir qara əl var.

Published online