All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əzəldən sədaqət andı içmişəm,

Ayaz Arabaçı

Əzəldən sədaqət andı içmişəm, Borcumdu nə yazsam şahanə yazım. Ölkədə bir dənə düz iş yoxdu ki, Qələmi götürüm şaha,nə yazım..

Lap otur yüz il də gözünü sıxca, Xiyardı,vəssalam,açıq-açıqca! Gün-gündən pis gəlir sızıldadıqca, Gülüm bu duruma,ha-ha,nə yazım..

Dəyişmir yönünü əyri meyillər, Vətəni neynir ki,ruhu veyillər, Baxıllar,görüllər,kor ha deyillər, Bu qədər ağrıya-aha,nə yazım.

Haraya baxırsan yaradı-duzdu, Biri qudurğandı,biri quduzdu, Bazarda kişilik,mənlik ucuzdu, Baha nə qalıb ki,baha,nə yazım.

Ən gözəl arzular tələfləniblər, Adamlar seçilib tərəflənblər, Bütün şərəfsizlər şərəfləniblər.. Özünüz görürsüz,daha,nə yazım.

Published online