All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əslində heç indi də enməmişik ağacdan,

Ayaz Arabaçı

Əslində heç indi də enməmişik ağacdan,Biz bu gün də palıdda,cökədə yaşayırıq..Şirin-şirin sulanır ağzımız nağıllara,Cırtdanın əlindəki kökədə yaşayırıq..

Çirkimizi aparmaz girsək min yol duşa da,Rəzalətlə barışdıq gəlsək hər gün cuşa,da,Kəlbəcərdə,Laçında,Xocalıda,Şuşada,Alnımıza basılan,ləkədə yaşayırıq.

Üç-dörd xoş gün görmüşdük tökdülər gözümüzdən,Lap elə dastan qoşaq kimə nə,sözümüzdən,Xəbər tuta bilmirik özümüz-özümüzdən.Bəlkə ölüb getmişik,bəlkə də yaşayırıq..

Üç addımdan bir təzad,beş addımdan bir təzad..Boyunu yerə soxum,azad boyunu,azad..Yüz faiz həqiqətdi yarasa söhbəti-zad,Günəşdən gizlənmişik,kölgədə yaşayırıq.

Bir şeiri yazmağa bir illik canım gedir,Neçə yad qaşığında gedr ey,qanım gedir,Hər dəfə eşidəndə gülməkdən qarnım gedir..Analoqu olmayan,ölkədə yaşayırıq.

Published online