All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əlimi qorxa-qorxa atıram

Ayaz Arabaçı

Əlimi qorxa-qorxa atıram televizorun pultuna.. İndicə qan qoxulu xəbərlərlərlə sarsılacağam deyə. Kaş,qaniçənlər də raketlərin pultuna əllərini qorxa-qorxa ataydı mənimtək.. Və heç kim Tanrı hara baxır sualıyla yaralanmayaydı. Tanrı dünyanı tam hazır bir hekayə kimi yaratmadı. O bizə bir cümlə verdi. Və dedi: Davamını siz yazın. Biz isə bu hekayənin içində ancaq qanlı sözlər yazdıq. Amma hələ gec deyil. Çünki hər səhər dünya yenidən başlayır. Hər səhər Tanrı baxıb ümid edir. Bəlkə bu gün biz bir az daha insan olaq..

Published online