All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əlimdə bir şeir var...

Ayaz Arabaçı

Əlimdə bir şeir var... Heç cür əvvəli gəlmir. Səni mənə,verməyə Allahın əli gəlmir. Ona dualarımın, 10 faizi çatmır heç, görünür arzularım, Ürəyinə yatmır heç.. Nə qədər görmək olar, hər gün eyni şeyləri. İçməyin də xeyri yox, Ən tünd,ən sərt meyləri.. Yanıb-sönür arada, Ürəyimin yarası. Kilidlənib hamıya, Qollarımın arası. Qarışaq bu gecəyə, Olaq həmahəng elə.. Könlüm səni istəyir, Götür mənə zəng elə. Səni burda böyütdüm, Qəlbim köhnə evindir. Aradabir qonaq gəl, Otaqları sevindir. Mən keçdiyim küçədən, Son vaxtlar az keçirsən. Bəlkə keçmək istəyib, Fikrindən vaz keçirsən. Bir dəstə gül bəs etməz, Adına bir bağ aldım.. Xəstəxana açmışam, Gəl yaranı sağaldım.. Ən böyük dəniz mənəm, Qalanları uşaqdı. Bu qondarma həyatda. Bircə göz yaşı haqdı. Səni də dondurmuşam, Özüm də buz kimiyəm. Unutmağa çalışma, Yaranda duz kimiyəm...

Published online