All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Elə-beləcə də oturmuşdu,

Ayaz Arabaçı

Səttar Bəhlulzadənin xatirəsinə...

Elə-beləcə də oturmuşdu,ömrün qürubuna gedən qatarda..şəfqət bacısı kimi gülümsəyirdi üzünəpəncərədən boylanan günəş..Arxadan kimsə qışqırdı: -Eyy, qoca,qatarda siqaret çəkmə.Heç dönüb baxmadı da..Vulkan kimi qəzəbini, tufan kimi hirsini itirmişdi.İllərdi ki, yol gedən qatar məsafə hissini itirmişdi.Gedirdi.. nəfəs dərmədən,keçmişin yükü çiyinlərində.Çöldə payız gözləyirdi onu,yarpaqlara ölüm şərbəti dadızdıran payız!Barmaqları arasında can verirdisiqaret tüstüsündən boylanan bir qız..Qatar gedirdi..O qış yuxusuna getmiş rəngləri oyadırdı.Xəyalındakı tablolar dərman resepti kimiydixəstəyə həyat verən..Təkərli arabada bir uşaq "peraşki" satırdı..Yan tərəfdə oturan xanım üzünübayaqkı oğlana tutdu:-"Günəbaxan yağı"nın ürəkbulandıran iyindənsəbu qocanın siqaretinin iyi yaxşıdır.oğlan dillənmədi.Qatar yorğun dumanlıqlardan ötüb keçdi.Payız qəmgin gözəlliyi ilə asılmışdıqatarın pəncərəsindən.İşıq telləri tir-tir əsirdi, çöldə ulayan küləyin səsindən..

Published online