All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dünyada bir elə adamı qoyub,

Ayaz Arabaçı

Dünyada bir elə adamı qoyub, Ruhu da,qəlbi də məndə acan, qız.. Əridin zamanın-vaxtın içində, Mənim taleyimə, gəldin, haçan,qız..

Qat mənim ömrümə, bir ömür də, qat, Mən indi bilirəm nə imiş həyat, Unutdum nə varsa saatbasaat, Sənsiz yaşadığım yalanacan qız..

İşlət o xəncəri, oturt dərinə, Dəm çatmaz taleyin bu dəmlərinə, Endikcə mübarək qədəmlərinə, Tanrıya qovuşur könlü ucan,qız..

Qarşıma nə keçir vurub-yıxıram, Dərdin əhvalına limon sıxıram.. Könlüm istəyəndə girib-çıxıram, Açılıb üzümə qapın-bacan,qız..

Adımda xəyanət töhməti yoxdur, Həsrətin yanımda hörməti yoxdur, Üçgünlük-beşgünlük söhbəti yoxdur, Həmişə qurbandı sənə bu can,qız..

Published online