Poem · Azərbaycan
Dünən məktəbli oğlum
Dünən məktəbli oğlum yanıma gəlib dedi Məktub yazmaq istəyirəm Cəbhəyə bir əskərə. Şairsən kömək elə heç olmasa bir kərə. İçim üşürgələndi, Ürəyimə elə bil bir ovuc qar ələndi. İndi axı mən bilən məktub yola salınmır.. Saçını sığalladm- Mənim ağılı oğlum: Özün bir şeylər düşün,məndə heç cür alınmır. Məktubmu yazmaq olar, bu səbr,bu dözümlə Neyləyə blərəm ki,bacarmıram özümlə. Mən sənin məktubuna kömək edəsi olsam Gərək heç düşünmədən Arxa cəbhədə qalıb orda-burda kef çəkən namərdlərdən yazdırım. Və bir də quruyb qaxac olmuş Bu dərdlərdən yazdırım.. Axı necə yazdırım,necə yazdırım axı. Oxuyanda sınmasın onun vüqarı,şaxı... Yazdırımmı- Balaca qardaşların Allahdan kərəm umur Xəbər yoxdu kərəmdən. Anan dərman tapmadı,öldü getdi vərəmdən. yazdırımmı,bir gecə yuxun qarışdı nədən.. Dayın atdı özünü 10-cu mərtəbədən Banka borcu var idi.. Atan Urusetdədir, Çerkezovda-bazarda. Taleyiniz dəfn olub möhtəşəm bir məzarda. Kasıblıq ucbatından alan yoxdu bacını. Sənə ümiddiyik ha... Almamış qayıtma baxxx, Kəlbəcəri,Laçını..
Published online
Source: https://ayazarabaci.com/writing/dunen-mektebli-oglum/