Poem · Azərbaycan
Doğma dildə danışaq,
Doğma dildə danışaq,Olmasın,"no","nu",cəllad..Bilək nə danışırıq,Nədəndi konu,cəllad..
Olmaz mənə,heyf,elə..Ruhum qalxıb Eyfelə,Açılıbdı, keyf elə,Qəlbimin donu,cəllad..
Tanrı gəl-get eləmir,Sözünü nett eləmir,Bir barel neft eləmir,Heç qanın tonu, cəllad..
Başdan-başa paxırsan,Niqabı nöş taxırsan..İndi hara baxırsan-Beşindən-onu cəllad..
Allaha nə deyirsən,Bizi niyə yeyirsən?..Neçə ildi geyirsən,Qırmızı donu cəllad.
Qaşı,qaşı,görünmür..İtin başı görünmür..Nəsə yaxşı görünmür,Bu işin sonu cəllad..
Published online
Source: https://ayazarabaci.com/writing/dogma-dilde-danisaq/