All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Day bizimki, neyləsək də alınmır,

Ayaz Arabaçı

Day bizimki, neyləsək də alınmır,Ay həyatım, ay əcəlim,ayrılaq.Nə fərqi var, səndən ötrü birdi də,Ya axırım,ya əvvəlim, ayrılaq..

Mən Məcnundan yüz dəfə də dəliydim,Ayrılığın imza atan əliydim,Sən mənimçün, mən səninçün zəliydim,Ayrılaq e, mənim zəlim, ayrılaq..

Gördüm çatmaz ömür səndən doymağa,Döndüm dərdin barmağında oymağa..Bu sevginin nöqtəsini qoymağa,Gəlməsə də heç cür əlim, ayrılaq.

Bu ayrılıq hardan çıxdı, bilmirəm,Hardan vurdu,hardan yıxdı, bilmirəm,Bu neçənci ayrılıqdı bilmirəm,Birini də üstə gəlim, ayrılaq.

Könlümüzdə son baharın "tansı"dı,Fürsət düşüb ayrılığın şansıdı.Gör təqvimdə düşərli gün hansıdı..Qırmızıla, mənim dəlim, ayrılaq.

Bu qurbandan qurbankəsən yaxşıdır..İki pisdi- nə mən, nə sən yaxşıdır..Yol uzaqdı sən gəlməsən yaxşıdır..Vaxtını de, özüm gəlim, ayrılaq.

Son görüşdü gözündə yaş olmasın,Nə həyəcan nə bir təlaş olmasın,Elə elə, dava-dalaş olmasın..Gözəl - gözəl, həlim-həlim ayrılaq.

Loğmanlım ey- təbiblim ey, həblim ey..Gül ətirli, bal çiçəkli ləblim ey..Gələn dəfə güc taparam nəblim ey.Bu dəfə də gedim-gəlim, ayrılaq..

Published online