All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dalınca yağışı-tufanı yoxdur,

Ayaz Arabaçı

Dalınca yağışı-tufanı yoxdur, Mənimki tək bircə əsimdir dedim.. Könül sarayını yıxıb-dağıtmaz, Bu sən arzulayan nəsimdir dedim..

Doldurdun ləbələb piyalələri, Çağladı gözümün şəlalələri, Kamanda duymadım bu nalələri.. Bəs belə göynəyən nə simdir dedim.

Çıxdım neçə tordan,neçə tuzaqdan.. Həm yara haqdandı,həm də duz haqdan.. İlk dəfə görəndə səni uzaqdan, İlahi nə gözəl rəsmdir dedim..

Yol aldın qəfəsdən-qəfəsə doğru, Bir isti,bir odlu nəfəsə doğru Dedin ki,qaçıram bir səsə doğru.. Bilirəm,o mənim səsimdir dedim.

Dedim bu sevgini yay qitə-qitə.. Çox da ki,yasaqdı elə-adətə.. Dedin nə ad qoyaq bu səadətə.. Ömürdən əl boyda kəsimdir dedim.

Çəkmə gəl aləmə car dedi Tanrım.. Zülməti şölətək yar dedi Tanrım, Başqa nə istəyin var dedi Tanrım, Bu sevgi ölüncə bəsimdir dedim..

Published online