All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dağılıb otağıma,baxışların bir kitab..

Ayaz Arabaçı

Dağılıb otağıma,baxışların bir kitab..Hər vərəqi bir ayrı alov şölələndirir..Elə gözəlləşib ki,ürəyim xanəxarab,Ancaq bahar,Çölləri belə lalələndirir..

Qəlbimi hər sim üstə dilləndirir gözlərin,Heç bir ümid verməyən budaqlar çiçəkləyib..Qılığına girmişəm dadlı-şirin sözlərin,Dilimdə baldan da bal bulaqlar çiçəkləyib..

Bütün əzalarımda səadət hökm sürür,Hər yerə yayılmışam,səninlə bir çətənəm..Vecimə də deyil ki,kədər nə üçün hürür,İndi mən miyon-milyon arzulara vətənəm..

Sonsuzadək öpürəm,rəsmini hər seyrdə,Çiçək bağçası kimi baxıram öz odama.Dastan açmaq fikrində deyiləm bu şeirdə,Qurban olmaqdan başqa yol qoymursan adama..

Səndə,çoxdan unudub yadımdan çıxartdığım,Uşaqlığın ən dərin izlərini tapmışam..Xəyalıyla oyanıb,xəyalıyla yatdığım,Yaxşı ki,baş qoymağa dizlərini tapmışam.

Published online