All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çox ki,vürus ölkədə tüğyan edir,

Ayaz Arabaçı

Çox ki,vürus ölkədə tüğyan edir, Milləti məmurları üryan edir..

Hər birinin var dəxi on apteki, Hər biri bir gülləyə yüz qan edir.

Söz demək olmur birinə əclafın, Anca,xoruzlar yığışıb ban edir.

Bizdə kasıblar vuruşur cəbhədə, Varlı donuz oğlunu bir yan edir.

Bir elə nur üzlü şəhidlər ki,var, Gözlərimi hər gecə giryan edir.

Şimdi siyasət batırıb şalvarın, Erməni Xan kəndidə müğyan edir.

Hər tikəsi bir ələ düşmüş vətən, Gör necə də bağrımı büryan edir.

Published online