All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Cibim

Ayaz Arabaçı

Cibim barmaqlarımın qardaşlıq məzarıdı.. Beynim "vosmoy"un bazarıdı. Min bir əziyyətlə şirinliyi qəhətə çıxan ömürlə əllini ötürdüm, yumruq boyda ürəyin minnətini götürdüm. Qarlı aşırımlarda qurd kimi uladım, Atımı şəlalələrdə suladım. Bir könülə fidan əkdim, Gözdən-könüldən uzaqda Torpağa bir şəkil çəkdim. Onun da Şıltaq baxışlarını yağışlar yudu. Tər içindəyəm bədənim tamam sudu. Dumanlı bir həb olsa ataram.. O qədər yorğunam ki, On min gecə oyanmadan yataram.

.

Published online