Poem · Azərbaycan
Çəkilmişdi gecələr ərşə yuxu,gözümdən,
Çəkilmişdi gecələr ərşə yuxu,gözümdən,Bir əsər qalmamışdı alov saçan sözümdən,Bir torba murdar əttək iyrənirdim özümdən,Sən indi bax,gör başım,haralara yüksəlir...Məhmətciklərim gəlir..
Yağıya dil verənlər masalarda qalıb pərt..Sona qədər burdadı,yanımızda..budu şərt,Gəlir böyük əzmlə,gəlir ciddi,gəlir sərt..Həm könlümüz açılır,həm belimiz dikəlir,Məhmətciklərim gəlir.
Gözlərində gömülür çoxunun xəyalları,Şimşəktək od qopardır "Qır at"ının nalları,Yarır iradəsiylə polad inteqralları,Baxışı süngü kimi düşmən bağrını dəlir,Məhmətciklərim gəlir.
Üçcə günə yağını pərən-pərən saldılar,Şuşada qardaşları şanlı zəfər çaldılar,Qızıl qanadlarını çırpır "F-16lar",Ağrıdağdan adlayıb aslanım,nərim gəlir,Məhmətciklərim gəlir..
Published online
Source: https://ayazarabaci.com/writing/cekilmisdi-geceler-erse-yuxu-gozumden/