Poem · Azərbaycan
Bütün günü mənimləsən,bilirsən-
Bütün günü mənimləsən,bilirsən- Vermirəm ki,həsrətinə önəm,mən. Getmədim ki,o günləri unudub, Deyəm bir də o günlərə dönəm,mən.. Ruhum səndən duyğu çalsın təb yesin.. Heç doymasın,axşam-sabah,həp yesin.. Sərçələrin darıxanda səp yesin, Gözlərində ovuc-ovuc,dənəm mən. Hər tinbaşı gözlərinə tanışdım.. Qonşunuzda bir qadınla anışdım.. Bir gün sənlə qız səsiylə danışdım, Indi sənə necə deyim sənəm,mən.. Dünya elə əzəl gündən boş olub Yaşamışam mənə necə xoş olub.. Qərib- qərib leyləklərə qoşulub, Bu şəhərə azıb gəlmiş çənəm mən.. Nə vardı ki,qəlbim kimi çağlayan, Eh,kor olsun o qapını bağlayan, Pəncərənin şüşəsində ağlayan, Yağış deyil,külək deyil,mənəm,mən.. Olmasan da taleyimin qadını, Səndən aldım bu həyatın dadını, Başdaşıma yazdıracam adını, Mən öləndə- -başdan-başa,sənəm mən...
Published online
Source: https://ayazarabaci.com/writing/butun-gunu-menimlesen-bilirsen/