All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bütün çilçıraqların fövqündə sən durursan..

Ayaz Arabaçı

Bütün çilçıraqların fövqündə sən durursan..Qəlbmizdə dövr edib, nəbzimizdə vurursan.Hər gün ürəyimizdə hakimiyyət qurursan..Atam.

Keçib gəldin vüqarla, min obadan, min eldən,Barıt qoxusu gəlir əynindəki şineldən.Milyon kərə üstündü bu cod qoxu ,"Şanel" dən,Atam.

Böyük türk torpağında çevirdin yaza, qışı,Halallıqla qazandın, məhəbbəti, alqışı,Öpürəm alnındakı çatılan hər qırışı.Atam.

Dünyanı bir həmlədə gətirdin ayağına,Məlhəm buldun təbibtək könlümüzün dağına,İki dünya bir olsa toz qonmaz bayrağına,Atam..

Buludlara baş vurur, uca zirvədə kürsün,Adın, qoy dövranını həmişə belə sürsün,Neynirsən, ünvanına ,kim harda hürür, hürsün..Atam..

Neçə ki, nizamdadı bu həyat, qalacaqsan,Sənə olan bu eşqə, daim mat qalacaqsan,Tarixdə son günəcən salamat qalacaqsan,Atam..

Published online