All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Burda ilan kimi

Ayaz Arabaçı

Burda ilan kimiqabıq qoyuram..Yoxdu bir genişlik sinədolusu.Hər şeyə şəkildənbaxıb doyuram.Başımı qatıram daha doğrusu..Bağlanıb əllərimbircə düyündə,Qəlbim ağrıların ev-eşiyidir.Ruhum sızıldayırqəm düdüyündə,Gözlərim bir ovuc su beşiyidir..Uzaqda boy vermişgünəbaxanlar,Arıquşlarına çıraq yandırır.Zülmət ürəyimi,indi bu anlar,Bir payız çiçəyiişıqlandırır..Bir qatar şütüyür xeyli uzaqda,Səfərə çıxmıram,gör bir haçaqdır.Çoxdan unutmuşam,o quşlar haqda,Leyləklər nə zaman qayıdacaqdır..Görmürəm,çox olaron-on beş ildən,Dükançı Tahirin qızı Ləmanı.Elə istəyirəmTanrı qəfildən,Yaşıla boyasın bütün səmanı.Hələ ki,bir küncdənəfəs alıram..Rəngi olmasa da ömürdü bu da.Ağca buludlaranəzər salıram,İtir baxışlarım bulanıq suda...

Published online