Poem · Azərbaycan
Buraxmır yaxamı sənin gözlərin,
Buraxmır yaxamı sənin gözlərin, Salıb nə müddətdi sehrinə məni. Amma çox adidi bütün sözlərin, Tamarzı qoyubsan mehrinə məni.
Qoyma həsrətinlə basqına məruz, Bu axı ürəkdir,bu axı candır.. Mən bu ağrılara dözəmmirəm qız, Az məni tüstülət,az məni yandır..
Bir şirin nağıldan ömrümə adda, Özünü həmişə ürəyimdə san. Mən axı neylim ki,sən bu həyatda, Mənim üslubumda yaradılmısan.
Ağlımı itirsəm neyləyəcəksən, Məni xəyallardan düşürmək olmur. Sən ayrı sevdasan,ayrı ürəksən, Səni həyəcansız düşünmək olmur..
Sənin ünvanına uçan xalçadı, Könlümün sonuncu yelkəni,cırma.. Onsuz da ürəyim parça-parçadı, Barı heç olmasa sən məni qırma.
Published online
Source: https://ayazarabaci.com/writing/buraxmir-yaxami-senin-gozlerin/