All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Büdrəməyən,titrəməyən ,əsməyən,

Ayaz Arabaçı

Büdrəməyən,titrəməyən ,əsməyən,Diz olduqca Məmmədəmin olacaq.Nəfəsimiz gedib-gəlir,çox şükür,Biz olduqca Məmmədəmin olacaq...

Qafiı,bizə nə ətan var,nə paran,Fərqi yoxdu lap dağ olsun,lap aran,Arzuları gələcəyə aparan,İz olduqca Məmmədəmin olacaq,Biz olduqca Məmmədəmin olacaq.

Qaldıracaq bayrağını qolumuz,Yaşadacaq gül adını "sol"umuz,Məramımız,məqsədimiz, yolumuz,Düz olduqca Məmmədəmin olacaq,Biz olduqca Məmmədəmin olacaq..

Bir havadı qurtum-qurtum udmağa,Dəyər bunu qutlamağa-qutmağa,Haqqın ulu dərgahına tutmağa,Üz olduqca Məmmədəmin olacaq,Biz olduqca Məmmədəmin olacaq.

Zaman hələ dayanıbdı lal kimi,Çoxu ötür südü xarab val kimi,Bu kişinin sağlığına bal kimi,"Süz" olduqca Məmmədəmin olacaq.Biz olduqca Məmmədəmin olacaq.

Kəsməliyik bir gün bu hərc-mərcliyi,Bu yurd deyil hər dılğırın xərcliyi,Ey mübariz Azərbaycan gəncliyi,Siz olduqca Məmmədəmin olacaq,Biz olduqca Məmmədəmin olacaq.

Published online