All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu nə uduşdu verib,

Ayaz Arabaçı

Bu nə uduşdu verib, Mənə taleyin zəri. Puçur-puçur tökülür, Alnımdan həya təri. Daha eşq xəyallarım, Bir sümükdü,bir dəri. Telefonun bağrını, Sökür çılğın bir pəri. Start veribdi şərə, Amma şirindi şəri. Zəng eləyir,dayanmır, Dünən axşamdan bəri. -Sizdən mənə zəng gəlib..

Bir milyon dərd sərim var, Yüz min də ağrım-acım. Yerini ağ saçlara, Buraxıb qara saçım. Bu da bu yandan çıxdı: Dərdimi kimə açım..? Deyirəm həlak etmə, Özünü anam-bacım, Sənin zəngin gecikib, On-on beş il ləng gəlib. Deyir yox ey,filan vaxt, Sizdən mənə zəng gəlib..

Elə vurur mizrabı, Dinir könlümün tarı. Ya payız sovqatıdı, Ya da ki,yaz nübarı. Əslində yoxa çıxıb, Ürəyimin qübarı. Səsindən kəpənəklər Uçur ruhuma sarı. Elə bil ki daraşıb, Canıma min-min arı! Əridir sinəmdəki, Qar üstə yağmış qarı. Nə danım,həyatıma, Yeni bir ahəng gəlib.. Sizdən mənə zəng gəlib.

Bəla çəkər yüz faiz, Başım aşırı,bundan. Bunu necə addadım, Ömrün aşırımından. Çox belə ceyran keçib, Qəlbimin şırımından. Uşaq zad deyiləm ki, Bilirəm qırımından. Sevinci qat-qat artıb, Səsinə min rəng gəlib. -Sizdən mənə zəng gəlib.

Bilmirəm bu sevgidi, Ya qərəz,ya,ədavət. Bütün gecə yuxuma, Buyurur hətta dəvət. Buna nə zəng etmişəm, Nə söz vermişəm,nə vəd. Cilovlayır hirsimi, Səsindəki təravət. -Bu nömrə sizindimi.?. -Bəli,mənimdir,əvət Mən də onu deyirəm, hə də, gəlib, dəng gəlib. Sizdən mənə zəng gəlib.

Söz çatdırmaq da olmur, Sanki dilotu yeyib. -Sizə yaraşdırmıram, Vallah eyibdir,eyib. Tapar məni istəsə- Dəmirdən çarıq geyib.. Deyirəm ki,bağışla, Yəqin barmağım dəyib. Necə yəni bağışla, Gülür,ağzımı əyib. Qırxbir-qırxbeş"liyəm mən, Savaş çıxıb,cəng gəlib, Sizdən mənə zəng gəlib.

Bir dərin uçurum var, Bu ağrılı sədada. Güman ki,tək qalıbdı, Bir kimsəsiz adada. Yoxsa niyə üz tutur, Yad ünvana,yad ada, Deyir,bəlkə pişik var, Düzünü de, torbada.. Nə pişik,canım-gözüm Ortaya pələng gəlib, Sizdən mənə zəng gəlib..

Published online