All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu milləti hərə bir cür,

Ayaz Arabaçı

Bu milləti hərə bir cür, Hapa tutur, gopa tutur. Sol əlində sığal tutan, Sağ əlində zopa tutur.

Dindən çıxıb molla, qazı, Bu nə tale, bu nə yazı, Aşıq Möysüm telli sazı, "Rok"a tutur, "pop" a tutur.

Çəkilmişəm tam təkliyə, Üç gözləyə, beş, əkləyə, Dəyər çoxdu eşşəkliyə, Hər yeri bir sıpa tutur..

Qara zülmət müdam var ki.. Soran yoxdu nədən var ki.. Üç-dörd sağlam adam var ki, Yolumuza lopa tutur.

Nə sayırsız özünüzü, Sayan yoxdu sözünüzü, Açın baxın gözünüzü, Dünya bizi topa tutur.

Published online