All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu gün də vaxtın yoxdu,

Ayaz Arabaçı

Bu gün də vaxtın yoxdu, Sabah da olmayacaq. İmkan olsa sən Allah, O biri gün,gəl,ancaq. Sal də bir yol mənimçün, Canını əziyyətə. Çox israr eləmirəm, Bax də,bax vəziyyətə. Özünü güzgülərdə, Bəzə gəlin kimi gəl. İllərin acığına, Təzə gəlin kimi gəl. Demə uzaqlardayam, Harda olsan,get gətir. Gələndə üç-dörd dənə, Limonlu konfet gətir.. Təmtərağa lüzum yox, Gəl çıx,sadə şəkildə. Səni arzulayıram Fövqəladə şəkildə. Xəyalın xəyalımda Boylanır sağa-sola. Səndən ötrü çıxmışam, Bu qədər uzun yola.

Published online