Poem · Azərbaycan
Bu gün bizim hər oğlumuz Koroğlu,
Bu gün bizim hər oğlumuz Koroğlu,Bu gün bizim hər qızımız Niyardı.Azərbaycan köklü- başlı ölkədi,Azərbaycan adlı-sanlı diyardı..
Düşüncələr bir az babı kimidi,Xatirələr qotur yabı kimidi,Ümidimiz xan kababı kimidi,Xəyalımız quyruq ilən ciyardı.
Hara gəldi Bozat kimi çapırıq,Nədən olsa yoğururuq, yapırıq,Aradabir pul-para da tapırıqİntəhası işlərimiz biyardı..
Nə deyirsən bu gedişə Musa, sən..Nə deyirsən bu hesaba İsa, sən.?.Vəzifədə oturanlar əsasən,Badımcandı, balqabaqdı, xiyardı..
Öz gözündə bir tövlənin tiri var,Vicdanında milyon ilin kiri var,Antropa oxşayanın biri var,İşi-gücü axşam-sabah piardı..
Dedim bəlkə qara duman seyrəli..Bir iş vardı alınmadı "oyrəli",Gedim bir az əlli-əlli köyrəlim,Gələ bilsin bundan sonra ki, ardı..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-gun-bizim-her-oglumuz-koroglu/