Poem · Azərbaycan
Bu ev şəhid evidi..
Bu da bir əzabdı, hər əzab kimi..Əl vursam qırılar çürük sap kimi..Baxanda adamın içi qanayır,Qalıbdı Tanrıynan son hesab kimi.Bu ev şəhid evidi..
Qərib anaların itkin ahıdı,Qiyməti uzağı iki şahıdı,Üstündə nə qədər ilahi rəng var,Yağışdan sonrakı göy qurşağıdı.Bu ev şəhid evidi.
Elə bil Qədirin öldüyü səsdi,Səbrimi basdıqca ömrümü kəsdi,Məncə ziyarətə başqa yerə yox,Yığılıb bu evə getsəniz bəsdi.Bu ev şəhid evidi..
Ötər bir-birini dumanlı aylar,Boğular içində ünlər, haraylar,Ölüb yerə girməz xəcalətindən,Buxara papaqlı büllur saraylar..Bu ev şəhid evidi..
Baxıb dodaq büzər bəlkə də bir dev,Bu evi öz doğma anan kimi sev..Ağdamı qaytaran, Şuşanı alan,Qalib bir ordunun evidi bu ev..Bu ev şəhid evidi..
Ulduzu parlasın, çırağı yansın.Necə inanıbsa haqqa inansın..Sözüm söz sahibi olanlaradı,Əgər sifətləri varsa utansın..Bu ev şəhid evidi.
Məhəmməd Hüseyin, Səfər bu evdi,İsmayıl, Mübariz, Cəfər bu evdi,Ordeni-medalı bu evə asın,Qələbə bu evdi, zəfər bu evdi,Bu ev şəhid evidi.
Published online
Source: https://ayazarabaci.com/writing/bu-ev-sehid-evidi/